Ukraynalı qaçqınların Avropada status müddəti uzadıla bilər
10-05-2024, 17:54
“Ukraynalı qaçqınların Avropada status müddəti və digər dəstək müavinlərinin vaxtı uzadıla bilər”.
Bunu Ukrayna Baş nazirinin müavini, Avropa məsələləri üzrə nazir Olqa Stefanişina Kiyevdə keçirilən beynəlxalq sammitdə brifinq zamanı deyib.
“2022-ci il fevralın 24-dən Avropa İttifaqının miqrasiya və daxili işlər üzrə komissarı İlva Yohanssonla daimi dialoqdayam və hər üç aydan bir vəziyyəti qiymətləndiririk. Biz onunla dəfələrlə Ukraynaya qayıdış, müvəqqəti qoruma qərarını davam etdirmək məsələlərini müzakirə etmişik, son söhbətimiz də dünən olub. Müvəqqəti qoruma statusunun uzadılacağına qərar verdik, çünki təhlükəsizlik şərtləri indi başqa qərar qəbul etməyə imkan vermir.
Statusun müddətini və digər məsələləri komissar özü açıqlayacaq. Biz adətən söhbətlərimizdə müharibə səbəbindən geri dönə bilməyən, yaxud özü üçün aktivlər əldə etdiyinə görə qayıtmaq istəməyən, yaxud uşaqları artıq müəyyən məktəblərdə oxuduğuna görə indi geri dönmək istəməyən hansısa ukraynalının konkret istəkləri səviyyəsinə düşmürük”, - nazir vurğulayıb.