Azərbaycanda 5 qəpiyə heç nə yoxdur…

20-07-2019, 19:07           
Azərbaycanda 5 qəpiyə heç nə yoxdur…
“Azərbaycan pulunun sonuncu dəfə çap olunması layihəsində kifayət qədər qüsurlar var. Onlardan ən çox gözə çarpan 10 qəpikdən aşağı olan sikkələr və 5 manat əskinasla bağlıdır. Bu dəyər ölçüsü kimi qiymətləndiriləndə o sikkələrin dəyəri ölür”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli 10 qəpiyə qədər olan pulların istifadə olunmamasından danışarkən deyib. Ekspert bu qəpiklərin hazırda heç bir əhəmiyyət daşımadığını və dövriyyədən yığışdırılmalı olduğunu bildirib:

“Bu pullar yeni dövriyəyə buraxılan vaxt doğurdan da, həmin qəpiklərin əhəmiyyəti var idi. Bu layihəni reallaşdıran mütəxəssislər nəzərə almadı ki, bir neçə ildən sonra bu qəpiklərin heç bir əhəmiyyəti olmayacaq. İndiki şəraitdə hökumət marketlər tərəfdən bu qəpiklərin işlədilməsinə cəhd göstərir. Görüntü yaransın ki, bu qəpiklər hər hansı bir əhəmiyyətə malikdir. Amma reallıqda Azərbaycanda 5 qəpiyə heç nə yoxdur. Demək olar ki, 5 qəpiyə heç bir əmtəə, əşya ala bilmərsən. 10 qəpikdən aşağı olan sikkələr artıq öz əhəmiyyətini itirib. Hesab edirəm ki, bu pullar dövriyyədən yığışdırılmalıdır”.

A.Nəsirli 5 manatla bağlı olan problemdən də danışıb. İqtisadçı alternativ olaraq, 5 manatlığın xırdalanması üçün uyğun 2 manat və ya 3 manatlığın dövriyyəyə buraxılmasının vacibliyini söyləyib:

“Ümumiyyətlə, Azərbaycanda hamını maraqlandıran bir məsələ var. Məsələn, 5 manatı xırdalamaq üçün gərək, 5 dənə 1 manatlıq tapasan. Yəqin ki, bu hamının qarşısına çıxan problem olur. Həmin pulu layihələndirən zaman nəzərə alınmadı ki, 5 manat varsa, 3 manatlıq və2 manatlıq əskinas da olmalıdır. 3 və ya 2 manatlıq əskinaz olsa, 5 manatlığı xırdalamaq olur, amma hər ikisi olsa, 5 manatlığı daha rahat xırdalamaq olur. Dünya praktikasında çalışırlar ki, 1 əskinazı 2 əskinazla xırdalamaq olsun. Azərbaycanda isə 5 manatı xırdalamaq problemi yaranır”.

Naibə Məmmədova












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.