Əri tərəfindən başı kəsilən qadının anası danışdı - Təfərrüatlar

2-11-2019, 00:48           
Əri tərəfindən başı kəsilən qadının anası danışdı - Təfərrüatlar
Salyanda qətlə yetirilən qadının anası hadisənin bəzi təfərrüatları barədə danışıb.
"Yeni Sabah" xəbər verir ki, bu gün saat 12 radələrində Salyan şəhəri Ağa Mirbağır Bağırzadə küçəsində qətl hadisəsi baş verib.

Salyan şəhər sakini, 1982-ci il təvəllüdlü Nahid Zeynalabdin oğlu Hüseynov depressiya halında Y.Zərgərli küçəsində evinə yollanan zaman yaxınlıqda yaşayan 1980-cı il təvəllüdü Sadıqov Zaur Hüseynağa oğlunun bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirib. Daha sonra yaşadığı evə gedərək orada həyat yoldaşı, 1983-cü il təvəllüdlü İlahə Abdurrəhman qızı Hüseynovanı başından, boynundan və bədəninin digər nahiyələrindən 15 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Qətl hadisəsini törətdikdən sonra özünə də çoxsaylı bıçaq xəsarətləri yetirərək qollarını doğrayıb. Başından və bədənindən xəsrət alan Zaur Sadıqov xəstəxanaya yerləşdilib. Nahid Hüseynov isə xəstəxanada ambulator yardım göstərildikdən sonra polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Qətlin təfərrüatları barədə bəzi məlumatlar əldə edilib. Qətlin qısqanclıq zəminində baş verdiyini deyən mərhum İ.Hüseynovanın anası Ağannə Axundova APA-ya bildirib ki, kürəkəni qızına şər atıb: “Guya o başqası ilə gəzirmiş. 12 il idi ki, əri qızımı evində dustaq kimi saxlayırdı. Öldürməzdən əvvəl qızımın başına bıçaqla vuraraq onu eləmədikləri əməlləri barədə yazmağa məcbur edib. Bundan sonra 3 övladının gözü qarşısında başını kəsərək öldürüb. Narkotik istifadəçisi idi. Özü də ağırından istifadə edirdi. Həm də narkotik satırdı, başdan ayağa kriminal idilər”.

Hələlik N. Hüseynov tərəfindən bıçaqlanan Zaur Sadıqovun baş verən hadisəyə hansı dərəcədə aidiyyəti olduğunu istintaq araşdırır. Onun bildirdiyinə görə, N.Hüseynovun sadəcə tanış olublar. Əlavə edib ki, onunla sıx münasibətləri olmayıb.

Faktla bağlı istintaq işləri davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.