Koronavirus imtahanı - virusu kim yayıb?

4-07-2020, 17:39           
Koronavirus imtahanı -
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 11 milyon insanın yoluxması, 500 min insanın ölümü ilə nəticələnən koronavirus pandemiyası ilə əlaqədar mövqeyinə dəyşiklik edib.

Cebhe.info-nun xarici mətbuata istinadən xəbərinə görə, artıq təşkilat Çinin ilkin vaxtlarda virusun yayılması ilə bağlı məlumatları gizlətdiyini etiraf edir.

Bu barədə məlumatlar təşkilatın rəsmi saytında COVID-19-la bağlı dərc olunan hesabatda yer alıb.

Hesabata görə, Çin virusa yoluxma ilə bağlı məlumat verməyib və beynəlxalq ictimaiyyət xəbərləri ABŞ-da fəaliyyət göstərən sayta göndərilən məlumatlardan öyrənib.

Hesabatda bildirilir ki, 31 dekabr 2019-cu ildə Uhan Yerli Sağlamlıq Komissiyasının veb saytında bir qrupun sətəlcəm xəstəliyinə tutulduğu haqqıda məlumat verilib. Sonradan bunun yeni bir virus olduğu aydın olub.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Çinin epidemiyanın yayılması ilə bağlı məsuliyyət daşıdığını bildirib və Ümumdünya Səhiyyə Təşkilatını bu barədə mövqe bildirməməkdə ittiham edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.