Azərbaycaycanda online satış fırıldaqçılığı - Onlara aldanmayın (FOTO)

26-09-2020, 10:00           
Azərbaycaycanda online satış fırıldaqçılığı -
Azərbaycanda vətəndaş internetdən alış-veriş edən zaman aldadılıb.

Trend-in məlumatına görə, online alış-veriş saytlarının birində telefon bəyənən şəxs daha sonra onun satıcısı ilə əlaqə saxlayıb. Görüşüb telefonu almaq istədiyini bildirən alıcıya yalnız online üzərindən alış-veriş oluna biləcəyi deyilib.

Bu təklifi qəbul edən vətəndaş online sistemlə satıcıya pulu köçürüb, ancaq bir müddətdən sonra telefon gəlmədidkdə onun aldadıldığını anlayıb.

Vətəndaş bu barədə polisə şikayət olunacağını bildirsə də, satıcı etdiyi əməldən geri dönməyib.

Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə bu kimi fırıldaqçılıq halları ilə bağlı paylaşımlar artmaqdadır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.