Nazirlə komissiya sədri arasında mövqe davası

25-02-2016, 08:14           
Nazirlə komissiya sədri arasında mövqe davası
Mikayıl Cabbarov TQDK-nın ləğv olunaraq, onun tabeçiliyinə verilməsinə çalışır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə hökumətdəki bəlkə də ən bəxtsiz məmur sayıla bilər. Bu qurum yarandıqdan bəri ona rəhbərlik edən sözügedən şəxsi bəxtsiz saymaqda məqsəd, onun başına gələnlərdir.

teref.az yazır ,politika.az xəbər verir ki, əvvəllər sabiq təhsil naziri Misir Mərdanovla aralarında ciddi hüsumətin yaşanması tərəfləri mütəmadi olaraq üz-üzə qoyurdu. Hətta həmin vaxt ölkə mətbuatında bu məsələ mövqe uğrunda ciddit savaş kimi xarakterizə edilirdi. Düzdür, həmin vaxt Məleykə Abbaszadə təhsil naziri olmaq istəyirdik, bu səbəbdən də ilk «atəş» açan tərəf kimi də çıxış etməkdən çəkinmirdi. Lakin indii durum tamam fərqlidir.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov bir müddət əvvəldən etibarən test üsulunun ləğvi üçün ciddi cəhdlə çalışır. Ötən gün isə mətbuata verdiyi açıqlamasında vurğulayıb ki, şagirdlərin biliklərini test üsulu ilə yoxlamaq əlverişli deyil və bu onların savadını müəyyən etməyə imkan vermir.

Doğrusu, nazirin bu açıqlaması cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Ona görə ki, insanlar test üsulunun ləğvini qəti istəmirlər və buna qarşı olduqlarını bildirdilər. Əslində, belə açıqlamaların mütəmadi olaraq verilməsində Mikayıl Cabbarovun məqsədi Məleykə Abbaszadənin mövqelərini sarsıtmaqdır. Hakimiyyət tərəfindən aktiv qəkildə dəstəklənən xanım komissiya sədrinin bütün imkanlarını məhdudllaşdırmaq, axırda isə rəhbəri olduğu qurumu ləğv edib, onun səlahiyyətlərini ələ keçirmək təhsil nazirinin bu gün ən böyük arzularından biridir.
Nazirlə komissiya sədri arasında mövqe davası
Politika.az xəbər verir ki, Mikayıl Cabbarovun son dövrlər keçdiyi hücumlarda uğur əldə edə bilməməsi də məhz Abbaszadənin daha tədbirli olmasına bağlıdır. Faktiki olaraq istəklərinə nail olmayan və bundan sonra da nail olacağı inandırıcı görünməyən təhsil nazirinin Məleykə Abbaszadəni sıxışdırmasının yekun nəticələri kifayət qədər ağır ola bilər.
Nazirlə komissiya sədri arasında mövqe davası
Hadisələrin gedişatı belə deməyə əsas verir ki, tezliklə Cabbarovla Abbaszadə arasında münaqişəli vəziyyət daha da kəskinləşəcək. Birincilik uğrunda gedən mübarizədə, kimin öndə olması isə onlardan birinin vaxtında tədbir görməsinə bağlı məsələdir. Bunun Cabbarov və ya Abbaszadə olacağı isə məlum deyil.
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.