Qafqazda yeni “Qarabağ” müharibəsi- Böyük təhlükə

9-03-2016, 02:07           
Qafqazda yeni “Qarabağ” müharibəsi- Böyük təhlükə
Rusiya, Azərbaycan, Türkiyə və Gürcüstan böyük təhlükə ilə üz-üzədir

Fevral ayında Rusiyanın Pyatiqorsk şəhərində inquş gənclərlə erməni diasporu arasında baş vermiş münaqişə ilə Şimali Qafqazda yeni bir “Qarabağ” müharibəsinin əsası qoyulub. ANS PRESS-in məlumatına görə, məsələ Pyatiqorsk şəhərində oxuyan inquş tələbələrin öz otaqlarının pəncərəsindən Rusiya Federasiyasının sbuyekti olan İnquşetiya Respublikasının bayrağını asması ilə başlayıb. Bu, şəhərdəki erməni diasporunun xoşuna gəlməyib və tələbələrdən bayrağı çıxarmağı tələb ediblər. Dava düşüb və davaya İnquşetiyadan olan 70 tələbə qarışmalı olub.
Məsələyə polis qarışıb və Rusiya ərazisində Rusiya Federasiyasının subyekti olan respublikanın bayrağının endirməyi tələb etməklə bütün hüquq və etik davranış normalarını pozmağa nail olmuş ermənilər sudan quru çıxmağı bacarıblar. Üstəgəl, inquş tələbələrin 22-nin institutdan qovulmasına nail olublar. Bu azmış kimi, İnquşetiya polisi həmin tələbələrin evlərinin üzərində nəzarəti gücləndirib.
İnquşetiya milli siyasət nazirinin müavini Ruslan Miziyevin deidyinə görə, hadisə yoldan keçən ermənilərin İnquşetiya bayrağını təhqir etməsindən sonra baş verib. İnquş gənclər öz bayraqlarını müdafiə ediblər və nəticədə oxuduqları ali məktəblərdən qovulublar. Maraqlısı budur ki, İnquşetiya rəhbərliyi də ermənilərin qarşısında təslimçilik nümayiş etdirir.

Əhməd Dzeytov – İnquşetiya Təhlükəsizlik Şurasının katibi
Bu respulikanın Təhlükəsizlik Şurasının katibi Əhməd Dzeytov inquş gənclərm belə məsələlərdə fəallıq göstərməməyə çağırıb: «Bizim tələbələr anlamalıdırlar ki, başqa regionlara niyə gedirlər. Onlar həmişə düşünməlidirlər ki, valideynləri narahat olurlar. Kiməsə bayraq lazımdır, qoy onu gəlib evində assın. Əgər tələbə ondan nə tələb edildiyini anlamırsa, bir cəza tədbiri var, evində onu həbs etmək lazımdır».
Beləliklə, ermənilər bir neçə on ildir ki, köçməyə başladıqları Şimal Qafqaz regionunda avtoxton bir millətin nümayəndələrini Rusiya konstitusiyasının verdiyi hüquqlardan məhrum ediblər. Və bu məsələdə yerli hakimiyyət orqanları da ermənilərin bk antikonstitusion tələblərinə dəstək verir.
Hər şey 19-cu əsrdə Cənubi Qafqazda, xüsusilə də Şimali Azərbaycanda baş verənlərə bənzəyir. Həmin illərdə Rusiya tabeçiliyinə keçmiş Azərbaycan xanlıqlarının dağ ətəyi regionlarına yerləşdirilmiş ermənilər əsrin sonlarında artıq iddialar ortaya qoymağa başladılar. Onlar 1890-cı illərdə regionun avtoxton əhalisi olan və hələ Herodotun zamanından Kür – Araz ovalığında yaşayan tərəkəmələrin köçünü dayandırmağa çalışdılar. Rusiya hakimiyyətinə məktub yazan ermənilər tərəkəmələri Aranda oturaqlaşdırmağı və yaylaqlardan çıxarmağı tələb etdilər.
Məqsəd aydın idi – ermənilər təkəm-seyrək yerləşdikləri Qərbi Azərbaycan ərazilərini tam ələ keçirmək istəyirdilər. Bunun üçün azərbaycanlıların sıx yaşadığı İrəvan çuxuru barədə iddialar irəli sürməyə və oranın qədim erməni ölkəsi Ararat olduğunu iddia etməyə başladılar. Hətta 1870-ci illərdə erməni əlifbası ilə İrəvanın 2800 il qabaq ermənilər tərəfindən salınması barədə kərpic lövhə bişirərək torpağa da basırdalır və sonra onu guya təsadüf nəticəsində tapdılar. Təbii ki, 1980-ci illərdə Fransada aparılan kimyəvi araşdırma lövhənin və üzərindəki yazının yaşının 150 ildən artıq olmadığını ortaya çıxardı. Erməni əlfbasının düyanın ilk xristian ölkəsi olan Efiopiyadan 6-cı əsrdə götürüldüyü də məlum idi.
Düzdür, həmin illərdə Azərbaycanın Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev kimi mütəkəffirləri Peterburqa qədər gedərək ermənilərin bu iddialarının əsassız olduğunu sübut edə bildilər. Amma istənilən halda, ermənilər 1920-ci illlərdə Şimali Azərbaycan torpaqlarının 1/3-ni ələ keçirə bildilər. Həmçinin Azərbaycanın Qarabağ bölgəsində on illərlə sürən bir münaqişənin əsasını qoydular və həmin münaqişə hələ də davam edir.
Rusiya mətbuatından belə görünür ki, ermənidən eyni ssenarini Şimali Qafqazda təkrarlamaq istgyirlər. Çünki regionda artıq erməniləri sayı əhəmiyyətli dərəcədə artıb və ilk hədəflərdən biri Krasnodar diyarıdır. Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın verdiyi məlumata görə, 5,5 milyon əhalisi olan diyarda 700 minə yaxın erməni qeydiyyatdadır. Miqrantlar da nəzərə alındıqda ermənilərin sayı 1 milyonu keçir.

Ermənilər artıq diyarın qədimlərdən onlara məxsus olması barədə əfsanələr də uydurmağa başlayıblar. Onların iddiasına görə, ermənilər Krasnodar diyarında hələ bizim eradan 100 il əvvəl – II Tiqranın vaxtlarından yaşayırlar. Yunan əsilli Selevki satrapı Tiqranın ermənilərə aid olmadığını təbii ki, elmi dairələrdə bilirlər, amma populyar oxucuların başını bu cür yalanlarla aldatmağın qarşısını da almırlar.

Ermənilərin tarixini uzağı bizim eranın 4-cü əsrindən – Çin əsilli köçəri hayların (mamikonyanların) İran tərəfindən Ermənistan platosuna rəhbər göndərilməsindən sonra başlamaq olar. Sonra xristianlığı qəbul ediblər, 6-cı əsrdə ilk xristian dövlət Efiopiyadan əlifba götürüblər və s. Amma bu faktlar həmişə populyar oxucu kütləsindən gizlədilib və 13-ə yaxın müxtəlif genin qarışığından yaranmış ermənilər Avropanın və Rusiyanın stilist təfəkkürlü insanlarına az qala dünyanın ən qədim xalqı kimi təqdim edilib.


Ara Abramyan – Rusiya Erməniləri İttifaqının rəhbəri
Məqsəd aydın idi – ermənilər üçün Türkiyə, Gürcüstan və Azərbaycan əraziləri hesabına dövlət yaratmaq istəyən qüvvələr var və bu niyyətlərinə müəyyən qədər də nail olublar. Qarabağda 28 ildir ki, davam edən münaqişə, Gürxüstanın Axalkalaki bölgəsindəki gərginlik bu ərazilərin daha da genişləndirilməsi məqsədini daşıyır.
İndi də gündəmə Şimal Qafqaz gəlir və belə çıxır ki, ermənilərin gizli havadarları Rusiyanın bu regiondakı geniş torpaqları hesabına yeni bir erməni dövləti ortaya çıxarmaq istəyirlər. Təsadüfi deyil ki, bir sıra qərb militarist dairələrinin gələcəklə bağlı hazırladıqları xəritə layihələrində Şimali Qafqazda Qara dənizlə Xəzər dənizini birləşdirən «Böyük Ermənistan» dövləti göstərilir. Bu dövlətin yaranması ilk növbədə Rusiya, həmçinin gələcəkdə iki Ermənistan arasında qalacaq Gürcüstan üçün böyük təhlükədən xəbər verir.

Təbii ki, bu ssenari gerçəkləşsə, ermənilərin əbədi düşmən saydıqları Azərbaycan və Türkiyə də böyük təhlükə ilə üz-üzə qalacaq. Qafqazın böyük hissəsi indiki Ermənistan kimi boş kəndlərdən ibarət böyük xarabalığa çevriləcək. Region xalqları bu gerçəyi anlayaraq indidən bu təhlükəni elə beşiyində bomalıdırlar.AzPolitika.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.