Ukrayna Ufada sənaye zonasını VURDU – Yanğın BAŞLADI Bu gün, 00:01 Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat Rusiyanın Ufa şəhərindəki Çernivka sənaye zonasını hədəfə alıb.Bu barədə Orconikidzevski rayonunun rəhbəri Rustem Xamitova istinadən “Mash Batash” Telegram kanalı məlumat yayıb.Bildirilir ki, ərazidə partlayış baş verib.Rayon rəhbərinin sözlərinə görə, o, hadisə yerinə gedib, lakin hücum nəticəsində xəsarət alan olmayıb.“Mənim Ufam” Telegram kanalı isə sənaye zonasında yerləşən zavodda yanğın baş verdiyini bildirib.Məlumata görə, müəssisənin üzərindən alov və qalın tüstü qalxıb. Facebook-da paylaş