UEFA “Qarabağ”a yeni oyunçu almaq İMKANI YARATDI

Bu gün, 00:05           
UEFA “Qarabağ”a yeni oyunçu almaq İMKANI YARATDI
UEFA İcraiyyə Komitəsi cari mövsümdə avrokubokların reqlamentində dəyişiklik edib.

Bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Yeni qərara əsasən, klublar əsas mərhələnin 6-cı turuna qədər uzunmüddətli zədə və ya xəstəlik keçirmiş bir oyunçunu müvəqqəti olaraq başqası ilə əvəzləyə bilər.

Bildirilir ki, dəyişikliyin tətbiqinə səbəb komandaların siyahılarında azalmaların qarşısını almaq, həmçinin, futbolçuları əlavə iş yükündən qorumaq istəyidir.

Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin ilk oyunlarına sentyabrın 16-da start veriləcək.

Xatırladaq ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ”ın futbolçusu Nəriman Axundzadə millimizin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə qarşılamasından əvvəl zədələnib Onun bir ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Yay transfer pəncərəsi çərçivəsində “Qarabağ” hücumçu transferi etməyib. Bu isə azarkeşlərin narazılığına səbəb olub. (Sportinfo.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru