Avropada baş nazirin 24 saat qorunan şəxsi maşını oğurlandı - FOTO

Bu gün, 00:09           
Avropada baş nazirin 24 saat qorunan şəxsi maşını oğurlandı - FOTO
Polşanın Baş naziri Donald Tuskun şəxsi avtomobili oğurlanıb.

Referans xarici KİV-ə istinadla xəbər verir ki, baş nazirin şəxsi “Lexus” markalı avtomobili çərşənbə günü axşam saatlarında oğurlanıb.

Nəqliyyat vasitəsi Sopotda mühafizəçilər tərəfindən 24 saat mühafizə olunan şəxsi iqamətgahının qarşısından oğurlanıb.

Hadisənin aşkarlanmasından sonra polis intensiv axtarışlara başlayıb.

Tuskun avtomobili saatlar sonra təxminən 25 km aralıda, Qdanskın Kokoşki rayonunda park edilmiş vəziyyətdə tapılıb.

Oğru və ya oğruların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.
Polşa polisi avtomobilin oğurlanmasının sadə bir oğurluq ola biləcəyi ehtimalını nəzərdən keçirir.

Qeyd edilir ki, bu, həm də Baş naziri izləyən və ona zərər vermək istəyən xarici kəşfiyyat orqanlarının mesaj göndərmək cəhdi də ola bilər.

Polşada baş verən oğurluq hadisəsi ölkə hökumətinin ən yüksək səviyyələrində təhlükəsizlik zəifliklərini üzə çıxarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru