Çində nəvənin nənəsinə həsr etdiyi oyun internetdə böyük əks-səda doğurub

Bu gün, 15:38           
Çində nəvənin nənəsinə həsr etdiyi oyun internetdə böyük əks-səda doğurub
Çində nəvə nənəsi haqqında oyun tərtib edərək, onun xatirəsini ehtiramla yad edib.

Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Vuhan şəhərindən olan 32 yaşlı tərtibatçı Çjou İçen tərəfindən yaradılan "Grandma" adlı sadə piksel oyunu internetdə böyük əks-səda doğurub. Oyunların yayıldığı platformada mövcud olan pulsuz layihə artıq minlərlə istifadəçinin qəlbinə toxunub.

Oyunçulardan yıxıldıqdan sonra yaralanan yaşlı qadına qulluq etmək üçün bir neçə tapşırığı yerinə yetirmələri təklif olunur. Yemək bişirmək, onun sevimli içkilərini almaq, qəhrəmanı əlil arabasında gəzdirmək və çimməkdə ona kömək etmək lazımdır. Sonda nənə oyunçuya təşəkkür edir və sonra onu nəhəng bir quş aparır.

Mini-oyun cəmi beş dəqiqə davam edir və 1990-cı illərdə Çində məşhur olan "Game Boy" konsolu kimi stilizə olunub. Çjounun sözlərinə görə, o, layihəni 2024-cü ildə dünyasını dəyişən nənəsinə həsr edib.

"Məni nənəm və babam böyüdüblər. O, həmişə güclü və gülərüz olub", - deyə kişi bildirib.

Əvvəlcə Çjou hekayəsini çox şəxsi hesab edərək oyunu paylaşmağı planlaşdırmırdı. Lakin layihənin internetdə yerləşdirilən fotoları gözlənilmədən geniş maraq və dəstək qazanıb.

"Bu, ən sadə, lakin ən humanist oyundur", - deyə istifadəçilər yazıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru