GDU-dan tədris dövründə təmirə hazırlaşır: Universitet bütün yayı niyə “yatıb?”
Bu gün, 15:31
Gəncə Dövləty Universiteti (GDU) bir gündə iki tenderini reallaşdırıb.
Tribunainfo.az xəbər verir ki, universitet bununla bağlı nəticələri açıqlayıb.
Məlum olub ki, təhsil ocağı əsaslı təmir işlərinin layihə-smeta işlərinin görülməsi məqsədi ilə “HİNAL PROJE” MMC-ni qalib elan edib. Bunun üçün isə tərəflər arasında 88 min 500 manatlıq satınalma müqaviləsi bağlanılıb.
GDU-nun ikinci tenderi isə avadanlıqların satınalınması ilə bağlıdır. Tribunainfo.az xəbər verir ki, “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC ilə əldə olunmuş razılaşmaya əsasən avadanlıqların alınmasına 142 min 364 manat xərc çəkiləcək.
Maraqlı məqam odur ki, GDU təhsil dövrü olmayan yay ayında niyə təmir-tikinti işlərini həyata keçirməyib? Dərslər başladıqddan sonra bu işlərə başlamaq hansı məqsəd daşıyır?