İstanbul-Bakı reysinin xanım sərnişinində kokain aşkarlanıb

Bu gün, 16:16           
İstanbul-Bakı reysinin xanım sərnişinində kokain aşkarlanıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks nəzarət tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə qanunsuz keçirilməsinin qarşısı alınıb.

Moderator.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı olan qadın sərnişin gömrük nəzarəti zonasında şəxsi yoxlamaya cəlb olunub və onun üzərindən ümumi xalis çəkisi 153,551 qram olan narkotik vasitə - kokain aşkar edilib. Aparılmış təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri zamanı qeyd olunan narkotik vasitəni ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə keçirən qadın və ölkə ərazisində həmin cinayətin törədilməsində iştirakçılıqda şübhəli bilinən iki şəxs saxlanılıb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru