Zelenski: ABŞ Putini dialoqa təşviq edə bilər

Bu gün, 00:04           
Zelenski: ABŞ Putini dialoqa təşviq edə bilər
ABŞ Putini dialoqa təşviq edə bilər.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.

Zelenski ABŞ lideri Donald Trampın NATO ölkələrinin Rusiyadan neft almağı dayandıracağı təqdirdə, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır olduğuna dair bəyanatına münasibət bildirib.

O qeyd edib ki, liderlərin görüşü istənilən formatda ola bilər, lakin əsas məsələ qətlləri dayandırmaqdır:

"Biz Prezident Trampın təklifi ilə razıyıq: üçtərəfli format, sonra ikitərəfli və ya əksinə. Amma bu prosesdə "texniki komandalar" deyil, məhz liderlər iştirak etməlidir".

Ukrayna Prezidenti ölkəsinə silahların əvvəlcədən verilməsinin vacibliyinə də toxunub. O qeyd edib ki, son dərəcə əhəmiyyətli olan sanksiyalar çox detallı şəkildə hazırlanmalıdır:

"Əgər Rusiya öz raketləri üçün xarici şirkətlərdən ehtiyat hissələri əldə edirsə, deməli, raket istehsalı artır. Bəziləri bunu "ikili təyinatlı məhsul" adlandırır, bəziləri deyir ki, "özəl sektor istəmir", amma fakt odur ki, bu məhsullar geniş şəkildə satılır. Həll yolu raket və raketdaşıyan sistemlər üçün komponentlər tədarük edən istənilən şirkətə qarşı sanksiyaların tətbiq olunmasıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru