Lukaşenko Putinlə görüşdən sonra orada saxlanılır – Bilgi sızdı

28-05-2023, 12:35           
Lukaşenko Putinlə görüşdən sonra orada saxlanılır – Bilgi sızdı
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinlə görüşdən sonra kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Belarus müxalifətinin liderlərindən Valeri Çepkalo öz mənbələrinə istinadən yayıb.

O, Lukaşenkonun Moskva Mərkəzi Klinik Xəstəxanasına yerləşdirildiyini və hələ də orada saxlanıldığını söyləyib. Belarus liderinin sağalması üçün ən yaxşı mütəxəssislərin cəlb edildiyi vurğulanıb. Çepkalo Lukaşenkonun qanının da yuyulduğunu deyib. Müxalifətçi Lukaşenko ilə bağlı addımlarda əsas məqsədin onun Kremlin iştirakı ilə zərhələnməsi spekulyasiyalarının ortadan qaldırmaq məqsədi daşıdığını bildirib.

Çepkalo Lukaşenkonun əvvəlki vəziyyətinə qayıdıb-qayıtmayacağının bilinmədiyini söyləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.