O prezidentlər Azərbaycana niyə gəlir? BİZİM TƏHLİL

25-10-2016, 18:58           
O prezidentlər Azərbaycana niyə gəlir? BİZİM TƏHLİL
Venesuela prezidenti Nikolas Maduro, ardından Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycana səfər edirlər. Bu səfərlər heç də Azərbaycanın hər hansı bir ev sahibliyi etdiyi beynəlxalq tədbirlər əlaqəli deyil. Bu səfərlər Azərbaycanın artan nifuzu, stabil və gerçək həqiqi iqtisadi imkanları dəyərləndirməklə uğurlarının nəticəsidir. O ölkələrin dövlət başçıları Azərbaycana gələrək inkişaf modeli ilə yaxından tanış olmaq, neft ölkəsindəki azadlıqları və daha əlverişli idarəetmə imkanlarını öyrənirlər desək bəlkə də yanılmarıq. Bun ə populizimdir, nə də tərif!

1991-ci ildə (Azərbaycanla eyni dönəmdə) müstəqillik qazanan Xorvatiya, əvvələr Yuqoslaviyanın tərkibində olub. Mərkəzi Avropanın cənubunda yerləşən bir dövlətdir. 1992-ci ildən BMT-nin üzvüdür. Cəmi 4.8 milyon nəfər əhalisi var. Ərazisi 56.83 min kvardart metrdir. Əhalisinin 50 faizindən çoxu şəhərlərdə yaşayır. Ölkədə kənd təsərrüfatı ilə bağlı uğurlar demək olar ki, yoxdur. Kənd təsərrüfatından əldə edilən gəlirlər Ümumi Daxili Məhsulun cəmi 11 faizini təşkil edir. I Dünya savaşına qədər Xorvatiyanın əsas gəlirləri kənd təsərrüfatından olsa da, müharibədən sonra ölkənin bu sahədən gəlirləri demək olar ki, yox səviyyəsinə qədər aşağı düşüb. Neft emal etmələrinə, paytaxt Zeqreb şəhərlərində bir sıra sənaye müəssisələrinin olmasına baxmayaraq 2013-cü ilin 1 iyulundan Avropa Birliyinə üzv olan bu ölkəyə həmin iqtisadi birlik tərəfindən yoxsulluğun aradan qaldırılması üçün müxtəlif proqramlar ayrılır.

Venesuela Bolivar Respublikası Cənubi Amerika qitəsinin cənubunda yerləşir. Kolumbiya, Qvineya və Braziliya ilə həmsərhəddir. Ərazisi 916 min kvadrat kilometr, əhalisi təxminən 28 milyon nəfərdir. Təbii sərvətlərinə neft, almaz və qızıl yataqları daxildir. Xorvatiyada olduğu kimi əhalisinin böyük bir qismi katoliklərdir. Dünya bazarında ən ucuz qiymətə satılan neft Venesuela neftidir. Ölkədə infilyasiya səviyyəsi 159 faizdir. Dünya Bankının açıqladığı rəqəmlərə əsasən gələn il bu ölkədə infilyasiya 200 faizə qədər yüksələ bilər.
Bunlar sadəcə olaraq Azərbaycanla müqayisə üçün ortada olan rəqəmlərdir. Siyasi baxmıdan da ölkəmizə fərdi qaydada rəsmi səfər etmiş adları çəkilən iki ölkələrin dövlət başçıları həqiqətən də həm neft ölkəsində qeyri-neft erasının başlanması tendensiyası, həm də söz və insan azadlıqlarının təməl prinsipləri ilə yaxından tanış olurlar. Dünyanın Azərbaycanla eyni zamanlarda müstəqillik qazanmış dövlətləri, hətta Avropanın tam ortasında yerləşən, inkişaf etmiş qonşularının dəstək proqramları ilə inkişaf edən ölkələri Azərbaycandan öyrənməyə gəlirlər.

Azərbaycanın dövlət başçısı neftin dünya bazarında qiymətlərinin artırılması üçün göstərdiyi təşəbbüslərə dəstək olmaq üçün Bakıya gəlirlər…

Azərbaycan artıq son bir il ərzində neftdən asılılıq göstəricilərini fundamental şəkildə aşağı salmağa nail olmaq üçün konkret hədəflər müəyyən edib. Ölkə daxilində əhalinin sosial təminatı ilə bağlı ən kiçik prqoramlar belə təxirə salınmayıb. Vətəndaşların gəlirlərinin azalması fonunda, yeni məşğulluq sahələrinin formalaşdırılması istiqamətində dövlətin birbaşa atdığı addımlar hətta Avropanın mərkəzi ölkələrini belə heyrətləndirir.

Söz azadlıqları dedikləri imkanların Bakıda gözlə görülməsi üçün şahid olmağa gəlir və görürlər. İnternet resursları, hər bir orta statistik azərbaycanlının internetə çıxış imkanının olması neft və müsəlman dövlətində avropalıları heyrətləndirir. Çünki Azərbaycanda bəlli bütlər, miflər darmadağın olur. Hər kəs istidiyini yazır və göstərir…

Azərbaycan dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması nəticəsində baş verə biləcək ixracat asılılığından qurtulmaqş üçün konkret addımlar atır. Yeni və daha mühim bazarların qazanılması üçün qonşuları ilə (yalnız özünü təcrid etmiş ermənistandan başqa red) ən yüksək səviyyədə münasibətlərini qoruyur. Xarici siyasətində hər kəslə ən üst səviyyədə əməkdaşlıq qura bilir. Nəticə etibarilə də hər kəs Azərbaycandan öyrənmək üçün dost olaraq gəlir…

GUNDEMİNFO.AZ-ın Analitik Təhlil Qrupu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.