Məhkəməyə verilərək, edam olunan heyvanlar- MARAQLI

7-11-2016, 01:19           

Orta əsrlər Avropasında edam cəzası o qədər məşhurlaşmışdı ki, onu nəinki insanlara, hətta heyvanlara da tətbiq edirdilər. Bu səbəbdən XX əsrə qədər 144 heyvan məhkəmə qərarı ilə edama məhkum edildi.

Moderator.az məhkəməyə verilərək, edam olunan heyvanlar haqqında bir neçə maraqlı məlumatı təqdim edir:

XIII əsrdə Fransada körpə uşağı yeyən donuz məhkəməyə verilir. Hakimin əmri ilə donuza edam cəzası kəsilir. Hökmə əsasən məhkəmə prosesindən sonra donuz diri-diri yandırılır.

XIV əsrdə yenə də Fransada başqa heyvan üçün edam cəzası çıxarılır. Bu dəfə edam kötüyünə atı “otururlar”. Sahibini yaralamaq maddəsi ilə məhkəməyə verilən ata tətbiq olunan cəza başının kəsilməsi olur. Məhkəmə bu hökmü həmən icra edir.

XVI əsrin İngiltərəsində isə şəhərin mərkəzi hissələrinə ziyan verdiyi üçün bir inəyi əvvəlcə asır, daha sonra isə ətini şişə keçirirlər.

1789-cu il Fransa inqilabından üç ay sonra bazar meydanında “yaşasın kral” deyən tutuquşu hamının gözü qarşısında edam edilir. Onun edamının maraqlı tarixçəsi var. Belə ki, inqilabdan sonra qələbə eşqi ilə yaşayan xalq tutuquşudan bu sözləri eşidəndən sonra, onu yaxalayıb, məhkəməyə təhvil verir. Məhkəmə isə tutuquşunun məcburi şəkildə inqilabı öyən sözləri öyrənməsinə qərar verir. Əks halda, onu edam gözləyəcəkdi. Tutuquşu isə öyrənə bilmir.

XV əsrdə İsveçrədə bir xoruzun yumurtlaması onun məhkəməyə düşməsinə səbəb oldu. Xurafata inanan xalq yumurtlayan xoruzun mifologiyadakı şeytan olduğunu zənn etdi. İş məhkəməyə qədər gedib çıxdı. Son nəticədə isə xoruzun yandırılmasına fərman verildi.

XX əsrin əvvəllərində Amerikada bir fili asaraq edam ediblər. Sirk tamaşası zamanı baxıcısına əsəbləşən fil onu öldürür. Məhkəmə filin asılmasına qərar verir. Bu hadisə sonradan bütün dünyada məhşurlaşır.

Ümumiyyətlə, orta əsrlər Avropasında 144 heyvan məhkəmənin qərarı ilə edama məruz qalıb. Bunun da əsas səbəbi həm quldarlıq, həm də orta əsrlər dövründə heyvanların aşağı kastaya aid insanlarla az qala eyni hüquqa sahib olması idi. Qədim Romada qullarla heyvanlar arasında heç bir fərq yox idi. Varlı romalılar qulları hərəkət etmələrinə, nəfəs aldıqlarına və danışdıqlarına görə yalnız əşyalardan fərqləndirirdilər. Bəzi heyvanlar var idi ki, onlar qullardan daha çox nüfuza malik idi. Təəssüf ki, bu ənənə erkən orta əslərə də gəlib çıxdı. Qullarla eyni hüququ olan heyvanlar da onlar kimi cəzalara məruz qaldı. Orta əsr Avropasında məhkəmələrin heyvanlara verdiyi 144 edam cəzasının da səbəbi budur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.