GƏLƏCƏYİMİZİ QORUYAQ

14-03-2019, 17:46           
GƏLƏCƏYİMİZİ QORUYAQ
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az - a verilən məlumata görə, Siyəzən RPŞ-nin təşkilatçılığı ilə rayonun Böyük Həmyə kənd tam orta məktəbində rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi və Dini Qurumlarla İş üzrə bölgə şöbəsinin məsul təmsilçilərinin, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Valik Vəlimətov bəşəriyyəti narahat edən və mənəvi dəyərlərə böyük zərbə vuran narkotik vasitələr haqqında geniş məlumat verib. Polis rəisi bildirib ki, narkomanlıq yoluxucu xəstəlikdir və HİV virusuna, QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir. Yeniyetmə və gənclərinin narkomaniyaya qurşanması isə onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına və ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur. Bunun üçün gələcəyimiz olan siz şagirdlər diqqətinizi təhsilə yönəltməli və gələcəyin peşəkar mütəxəssisləri olmaq üçün qətiyyətlə çalışmalısınız.
Dini radikalizm mövzusuna da toxunan V.Vəlimətov, ölkəmizdə hər kəsin dini inanclarına hörmətlə yanaşıldığını bildirib. Polis rəisi onu da qeyd edib ki, bu gün İslam bayrağı altında bəzi qüvvələr öz siyasi, yaxud digər maraqları çərçivəsində İslam dinini radikal formada təqdim edir, ətraflarına topladıqları kriminal və cinayətkar ünsürlərin potensialından istifadə edərək ekstremizmə rəvac verirlər. Onların bu mənfi fəaliyyətləri İslamı gözdən salır, onun terror dini kimi qələmə verilməsinə, islamofob fikirlərin yaranmasına səbəb olur. Ona görə də, İslam dili haqqında doğru məlumatları bu sahənin bilicilərindən almanız daha düzgündür.
Daha sonra çıxış edənlər şagirdləri maraqlandıran sualları cavablandırıblar.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.