Alpaqut Federasiyasının rəhbərliyi Polis Akademiyasının rəisi general-moyor Nazim Əliyevlə görüşüb

18-04-2019, 15:21           
Alpaqut Federasiyasının rəhbərliyi Polis Akademiyasının rəisi general-moyor Nazim Əliyevlə görüşüb
Bir neçə gün öncə Alpaqut Turan Döyüş sənətinin qurucusu Vasif Namazov, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev və federasiyanın vitse prezidenti Rafiq Qasımov Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasının rəisi general-moyor Nazim Əliyevlə görüşüblər.

Gundeminfo.az xəbər verir ki, görüşdə həmçinin polis leytenantı Alpaqut fedarasiyasının Nizam İntizam Komitəsinin sədiri, həmçinin Polis Akademiyasının Fiziki Hazırlıq Kafederasının müəllimi Natiq Eminov da iştirak edib.

Generalla federasiya rəsmiləri Alpaqut Turan Döyüş Sənətinin özəlliklərini və polis əməkdaşlarına bu döyüş sənətinin nə kimi önəmli olduğu barədə müzakirə aparıblar. Görüşdə eyni zamanda akademiya müdavimlərinin də bu döyüş sənətinə böyük maraqlarının olduğunu vurğulayıblar.

Vasif Namazov general-moyor Nazim Əliyevə Alpaqut Turan Döyüş Sənətinin 4 döyüş sistemi (aypara, batur, caymaz və qurşaq ) sistemlərindən və eləcədə tərəfindən yeni yaradılmış ( silahsız özünü müdafiə ) üçün tətbiq edilmiş Kaçut sistemi haqqda bilgilər verib.

Alpaqut Federasiyasının rəhbərliyi Polis Akademiyasının rəisi general-moyor Nazim Əliyevlə görüşüb
Azərbaycan Alpaqut Federasiyasının Prezidenti Qüdrət Nuriyev Alpaqut Turan Döyüş Sənətinə böyük önəm verdiyi üçün Akademiyanın rəisinə federasiya kollektivi adından təşəkkürünü bildirib. Rəsmi görüşdən sonra görüş akademiyanın idman zalında Alpaqutla məşğul olan kursantlarla davam etdirilib.


Vasif Namazovun rəhbərliyi ilə başlayan seminarı TEGİN Rafiq Qasımov 20:00-a qədər davam etdirib. Seminardan sonra TEGİN Rafiq Qasımov akademiya müdavimlərindən Alpaqut Turan Döyüş Sənətinin müvafiq normativlərinə uyğun olaraq kəmər dərəcələrinin artırılması üçün imtahanda götürüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.