MİNGƏÇEVİR SAKİNİNİN EVİNDƏN ÇƏTƏNƏ BİTKİLƏRİ AŞKAR EDİLİB

2-05-2019, 11:57           
MİNGƏÇEVİR  SAKİNİNİN EVİNDƏN ÇƏTƏNƏ BİTKİLƏRİ AŞKAR EDİLİB
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini 36 yaşlı Qribov Viktor Aleksandroviç şübhəli şəxs qismində saxlanılıb. Ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman xüsusi aqrotexniki qaydada qulluq edilmiş 9 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.
Faktla bağlı Q. V. Aleksandroviç barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.