ADAM BIÇAQLAMAQDA ŞÜBHƏLİ BİLİNƏN ŞƏXS SAXLANILIB

3-05-2019, 09:22           
ADAM BIÇAQLAMAQDA ŞÜBHƏLİ BİLİNƏN ŞƏXS SAXLANILIB
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teref.az-a verilən məlumata görə, aprelin 30-da Gəncə şəhər sakini 34 yaşlı Ramal Nəbiyevin hər iki sarğı nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, 25 yaşlı Etibar Hüseynov şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, R. Nəbiyevə aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.