Eldar Əzizov Binəqədidə sakinlərlə görüş keçirdi

17-05-2019, 09:22           
Eldar Əzizov Binəqədidə sakinlərlə görüş keçirdi
Binəqədi qəsəbəsində sakinlərin problemləri müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Binəqədi rayonu Binəqədi qəsəbəsinin sakinləri ilə görüşü olub.
Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Alahverdiyev, müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri, Binəqədi qəsəbəsinin ayrı-ayrı məhəllələrinin sakinləri, ağsaqqallar, həmçinin qonşu Biləcəri qəsəbəsinin nümayəndələri iştirak etmişlər.
Bu gün paytaxtımızın sürətlə inkişaf etdiyini, onun müasir görkəm aldığını vurğulayan icra hakimiyyətinin başçısı bildirib ki, Prezident İlham Əliyevin siyasəti ümumxalq xarakterlidir və bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır. Cənab Prezidentin dövlət qurumları rəhbərləri qarşısında qoyduğu əsas tələb vətəndaşların problemlərinin həllinə öz problemləri kimi yanaşmaqdır. Paytaxtda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən danışan Eldar Əzizov bildirmişdir ki, “Dövlətimizin başçısı qarşıya paytaxtın qəsəbələrinin də daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq qoyub”.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsi Zakir Əliyev qəsəbədə görülmüş işlərlə bağlı hesabat vermişdir.
“Açıq mikrofon” formatında sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən binəqədililər Bakı şəhərində, eyni zamanda, Binəqədi qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.
Maraqlı dialoq şəklində keçmiş görüşdə 39 nəfər sakin şıxış edib, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib. Müraciətlər əsasən su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, sahibsiz heyvanların yığışdirilması, qəsəbədə yeni uşaq bağçası və məktəbin tikintisi və s. olmuşdur.
Görüşdə sakinləri daha çox narahat edən problemlərdən olan fərdi yaşayış evlərinin sənədləşdirilməsi məsələsinə toxunan Eldar Əzizov bildirmişdir ki, bu problem on illiklərdən bəri yığılıb qalmış problemdir. Ölkə başçisı bu problemin həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Tərəfimizdən işçi qrup yaradılıb və Bakı şəhərinin bütün qəsəbələrinin sakinlərini narahat edən bu məsələnin həlli üçün əlaqədar qurumlarla birgə işlər aparılır. Tikilən evlərin sənədləşmə prosesində bir sıra əlavə problemlər ucbatından bu işləri 1 anda həll etmək mümkün deyildir, vaxt tələb olunur. Hər halda məsələ nəzarətdə saxlanılır.






шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.