İntihar xəbərlərinə belə cavab verdi — “Məni öldürməyə çalışırlar?”

Bu gün, 17:34           
İntihar xəbərlərinə belə cavab verdi —
Barəsində intihar xəbərləri yayılan məşhur türkiyəli aktyor Ufuk Özkan iddialara cavab verib.

“Qafqazinfo” xəbər verir ki, o, “Gazete Magazin”ə xəbərləri təkzib edib:

“Məni öldürməyə çalışırlar? Yayda ağır rejimdə işlədim. Üz dərimdə ekzema xəstəliyi yarandı. Düşünürəm ki, studiya qrimi ilə bağlı meydana gələn bir şeydir. Buna görə vaxtaşırı xəstəxanaya girib-çıxıram. Evdə dincəlirəm. İki gündən bir yoxlanılıram”.

Xatırladaq ki, dünəndən bəri intihara cəhd etdiyi barədə iddialar yayılıb.

U.Özkan uzun müddətdir üçüncü dərəcəli qaraciyər sirrozundan əziyyət çəkir.

O, “Geniş aile”, “Zengin kız, fakir oğlan”, “Kalk gidelim”, “Hayat bazen tatlıdır” kimi seriallarda rol alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru