Ata övladlarının gözü önündə döyüldü
Bu gün, 00:09

Ata övladlarının gözü önündə döyüldüKocaelinin Gebze rayonunda iki övladı ilə birlikdə məktəb yolunda gedən ata Ö.K. sürətli hərəkət edən lüks cip sürücüsünə yavaş sürməsi barədə xəbərdar etdiyi üçün hücuma məruz qalıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Cumhuriyyət məhəlləsində baş verib. Ata ilə mübahisəyə girən sürücü əvvəlcə avtomobili ilə onların qarşısını kəsib, daha sonra maşından enərək ata ilə qısa mübahisə edib. Gərginlik böyüyəndə sürücü nəzarətini itirərək kişinin boğazını tutub və uşaqlarının gözü önündə ona sillə vurub.
Sürücünün 33 yaşlı O.C. olduğu, yanında isə 17 yaşlı qardaşı C.C.-nin olduğu müəyyənləşib. Hər iki şəxs polis tərəfindən saxlanılaraq ifadələri alınmaq üçün Gebze Rayon Polis İdarəsinə aparılıb. Daha sonra qardaşlar məhkəməyə çıxarılıb.
Ədliyəyə gətirilən O.C.-yə "Niyə etdin?" sualı veriləndə o, "Söyən adamın ağzını bağlayıram. Videoya yaxşı baxın, sonra şərh edin. Mənim də yanımda uşağım var, söyürdü" cavabını verib.