"YouTube" 2021-ci ildən bəri kontent müəlliflərinə 100 milyard dollardan çox ödəniş edib
Bu gün, 09:30
"YouTube" videohostinqinin 2021-ci ildən etibarən kontent müəlliflərinə ümumi ödənişlərinin həcmi 100 milyard dollardan çox olub.
Oxu.Az xəbər verir ki, bu barədə videohostinqin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, platformada izlənmə sayının artması qismən televizor vasitəsilə "YouTube" funksiyasından istifadə edən izləyicilərin sayının artması ilə əlaqədardır.
Keçən illə müqayisədə, televizor ekranlarında videolarından 100 min dollardan çox gəlir əldə edən kanalların sayı 45% artıb.