ABŞ-də arıların hazırladığı "rəngli bal"ın sirri 15 il sonra tapıldı

Bu gün, 17:24           
ABŞ-də arıların hazırladığı "rəngli bal"ın sirri 15 il sonra tapıldı
2010-cu ilin yayında ABŞ-nin Nyu-York ştatının Bruklin bölgəsində yerləşən Red-Hukda qəribə və nadir bir hadisə baş verib - arılar qəfil qırmızı rəng alıblar. Daha maraqlısı isə o idi ki, pətəklərdəki bal adi kəhrəba rəngində yox, parlaq qırmızı olub. Bu sirrin cavabı yalnız 15 il sonra tapılıb.

Oxu.Az xəbər verir ki, məsələ barədə "IFLScience" nəşri məlumat yayıb.

Həmin vaxt hadisəni araşdırmaq istəyən arıçılar Tim Onil, Gita N. və Seriz Mayo "Added Value Red Hook" fermasında nümunələr toplayaraq dövlət qida laboratoriyasına göndəriblər.

Tim Onilin sözlərinə görə, arı fermasına gələndə hüceyrələrə girib-çıxan parlaq qırmızı, demək olar ki, flüoresan görünüşlü arılarla qarşılaşıblar:

"İlk baxışda bu, olduqca qorxulu təsir bağışlayırdı", - deyə o xatırlayıb.

Laboratoriya analizləri bal nümunələrində qida boyası olan "Red 40" maddəsini aşkar edib. Bu boyadan əsasən kokteyl gilaslarının hazırlanmasında istifadə olunur. Alimlər belə qənaətə gəliblər ki, arılar hər hansı yolla həmin gilasların və ya siroplarının saxlandığı anbarı taparaq ondan qidalanıblar.

Mütəxəssislərin sözlərinə görə, son illərdə belə hallar daha tez-tez müşahidə olunur. İndi pətəklərdə bəzən mavi və ya yaşıl rəngli bal yaranır, hətta bəzi hallarda bal nanə dadı alır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru