10 manatlıq şirkət Dövlət Komitəsinin 100 minlik tenderini uddu

Bu gün, 09:38           
10 manatlıq şirkət Dövlət Komitəsinin 100 minlik tenderini uddu
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
Mənzil İstismar Departamenti minik və yük maşınlarına ehtiyat hissələrinin satınalınması ilə bağlı tenderi yekunlaşdırıb.

Müsabiqənin qalibi "ARİVO GROUP" MMC olub. Şirkətlə ümumilikdə 99.970,78 AZN məbləğində müqavilə bağlanacağı gözlənilir.

Satınalma siyahısına müxtəlif ölçülərdə avtomobil təkərləri (8,5R20, 175/70R13, 315/80R22,5, 235/60/R18 və s.) və akkumulyatorlar (60 AH-dan 190 AH-a qədər müxtəlif güclərdə) daxildir.

Qalib şirkətin qanuni təmsilçisi Hafiz Eyyubov Rəsul oğludur. "ARİVO GROUP" MMC-nin nizamnamə kapitalı isə cəmi 10 manat təşkil edir. \\32gun.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru