Qazaxıstanda fövqəladə vəziyyət: Almatı tüstüyə büründü

Bu gün, 08:14           
Qazaxıstanda fövqəladə vəziyyət: Almatı tüstüyə büründü
Qazaxıstanın Almatı vilayətində bərk məişət tullantıları poliqonunda baş vermiş yanğınla əlaqədar texnogen fövqəladə vəziyyətin elan edilməsi planlaşdırılır.

Referans xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.

Vilayət rəhbərliyinin müvafiq qərar layihəsi 2025-ci il sentyabrın 17-dək müzakirə üçün dərc edilib. Sənədə əsasən, fövqəladə vəziyyət “Mülki müdafiə haqqında” qanuna və Fövqəladə Hallar Nazirliyinin əmri ilə təsdiq edilmiş fövqəladə halların təsnifatına uyğun olaraq tətbiq edilir.

Qeyd edək ki, vilayətdə zibilxanada baş verən yanğından yayılan tüstü artıq iki gündür Almatı şəhərinə doğru sürüklənir. Şəhər sakinləri yanıq qoxusundan şikayətlənir. Aidiyyəti qurumlar sakinləri sakit olmağa çağırıblar.

Poliqonda baş verən yanğın Almatı şəhərini dünyanın ən çirkli şəhərləri sırasına daxil edib

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və yerli icra orqanlarının qüvvə və vasitələri işləyir.//Teleqraf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru