Süni intellekt siyasi partiyaya rəhbərlik edəcək

Bu gün, 07:54           
Süni intellekt siyasi partiyaya rəhbərlik edəcək
Süni intellekt (AI) Yaponiyanın “Dirçəlişə aparan yol” siyasi partiyasının yeni lideri olacaq.

Demokrat.az xəbər verir ki, bu haqda France-Presse məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, partiyanın əvvəlki rəhbəri Şinji İşimaru iyulda Yaponiya parlamentinin yuxarı palatasına keçirilən seçkilərdə birləşmənin uğursuz nəticələrinə görə istefa verib. Ondan sonra səlahiyyətlərini süni intellektə təhvil verməyə qərar verən 25 yaşlı aspirant Koki Okumura seçilib. Tələbə özü yeni rəhbərin köməkçisi kimi çıxış edəcək.Okumura əlavə edib ki, süni intellektin partiyanın işinə necə tətbiq ediləcəyi ilə bağlı detallar hələ müəyyən edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru