Almaniya və Böyük Britaniya öz vətəndaşlarını İranı tərk etməyə çağırdı - FOTO

Bu gün, 00:02           
Almaniya və Böyük Britaniya öz vətəndaşlarını İranı tərk etməyə çağırdı - FOTO
Almaniya və Böyük Britaniya İranla bağlı səyahət xəbərdarlıqlarını gücləndirərək, öz vətəndaşlarını bu ölkəyə səfər etməməyə, orada olanları isə İranı dərhal tərk etməyə çağırıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı "Iran International" nəşrinə istinadən məlumat verir.

Bildirilir ki, ötən gün Almaniya Xarici İşlər Nazirliyi açıqlamasında "Avropanın tətik mexanizmini işə salmaq qərarı" fonunda bütün alman vətəndaşlarına İranı dərhal tərk etməyi tövsiyə edib.

Alman vətəndaşlarına uçuşların ləğvi riskini nəzərə alaraq, ölkəni tez bir zamanda tərk etmələri və Xarici İşlər Nazirliyinin xüsusi siyahısında qeydiyyatdan keçmələri tövsiyə edilib.

Eyni gün Britaniya Xarici İşlər Nazirliyi də öz vətəndaşlarına İrana səfər etməməklə bağlı xəbərdarlığını yeniləyib. Nazirlik bildirib ki, Britaniya və ya Britaniya-İran ikili vətəndaşları İranda həbs riski ilə üzləşə bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru