Müdafiə naziri: "İtaliya Rusiyanın hücumuna hazır deyil"
Bu gün, 00:10
İtaliya Rusiyanın hücumuna hazır deyil.
Moderator.az “The Guardian“a istinadən xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krosetto jurnalistlərə açıqlamasında bildirib.
Nazir dronların Polşanın hava məkanını pozması fonunda, Rusiya ilə NATO arasında gərginliyin artdığı bir vaxtda bəyan edib ki, İtaliya “Rusiya hücumuna hazır deyil”.
Krosetto deyib ki, İtaliya hərbi hücuma cavab vermək üçün lazımi hazırlığa malik deyil. O, bunun səbəbini müdafiə sahəsinə son 20 ildə yetərincə sərmayə qoyulmaması ilə izah edib.
Nazirin sözlərinə görə, ölkəni elə bir vəziyyətə gətirmək lazımdır ki, hücum zamanı İtaliyanı qorumaq mümkün olsun.
İtaliya NATO ölkələri ilə birlikdə ölkə əhalisinin narazılığına baxmayaraq, qarşıdakı onillik ərzində müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa razılaşıb.