HƏR İKİ ŞƏXS MƏSULİYYƏTƏ CƏLB OLUNDU

25-05-2019, 12:05           
HƏR İKİ ŞƏXS MƏSULİYYƏTƏ CƏLB OLUNDU
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az -a verilən məlumata görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin may ayının əvvəlində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birinə qanunsuz daxil olaraq oradan 2350 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini Əhmədxan Qurbanov saxlanılıb.
Dindirilmə zamanı Ə.Qurbanov törətdiyi cinayət əməlini etiraf edib. Araşdırmalarla məlum olub ki, o, tanışı Emin Dadaşovla birlikdə həmin evə gecə vaxtı pəncərədən daxil olaraq, zərərçəkmişə məxsus pulları qanunsuz olaraq ələ keçiriblər. Sonra həmin pulları Bakıya gedərək orada xərcləyiblər.
RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəvəçi kənd sakini Hicran Xalıqov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə kənd ərazisinə keçirilən baxış zamanı, H.Xalıqov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 7 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktlarla bağlı Şabran RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.