Yevlaxda Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib

9-12-2019, 15:16           
Yevlaxda Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib
Teref.az- Yevlax şəhərinin mərkəzindəki Heydər Əliyev Sarayında Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, rayonun idarə, təşkilat, təhsil, səhiyyə müəssisələrinin, rayon ictimaiyyətinin, ağsaqallar və gənclərin nümayəndələrinin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirin aparıcısı, Şuşa Dövlət Teatrının aktyoru, əməkdar artist Nazir Rüstəmov qeyd etdi ki, düz 16 il əvvəl dekabr ayında müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xadqımızın Ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu.
Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətnliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar.
Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu günkü dayanıqlı inkişaf ölkə rəhbəri İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir. XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür.
Səhnədəki monitorda Ulu Öndər Heydər Əliyevin portreti canlandırıldı, sonra dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini əks etdirən video görüntülər fonunda əməkdar artist Nərgiz Əliyevanın rəhbərlik etdiyi kamera orkestrinin müşayiəti ilə əməkdar artist İlham Nəzərov, tanınmış artistlər Fatimə Cəfərova, Nigar Cəlilova, Süleyman Süleymanov, tarzən Arslan Növrəsli, əməkdar artist Fəridə Məlikova (kamança) və Ceyla Seyidovanın (violin) ifasında Heydər Əliyevin çox sevdiyi mahnılar səsləndi.
Anım gecəsi əməkdar artist İlham Nəzərovun ifasında Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə sona çatdı.
Mərasim çox təsirli və yaddaqalan keçdi.

Arslan Növrəsli, əməkdar artist Fəridə Məlikova (kamança) və Ceyla Seyidovanın (violin) ifasında Heydər Əliyevin çox sevdiyi mahnılar səsləndi.
Anım gecəsi əməkdar artist İlham Nəzərovun ifasında Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə sona çatdı.
Mərasim çox təsirli və yaddaqalan keçdi.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.