Belarusun gələcəyi üçün “möhkəm kişi” axtarıram - Lukaşenko

Bu gün, 12:34           
Belarusun gələcəyi üçün “möhkəm kişi” axtarıram - Lukaşenko
Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə ideoloji fəallarla görüşdə ölkəyə gələcəkdə rəhbərlik edə biləcək potensial varislər axtardığını açıqlayıb.

Bakupost.az xəbər verir ki, o, çox sayda namizədi nəzərdən keçirsə də, hazırda bu yükü daşıya biləcək şəxsi görmədiyini açıqlayıb.

“Yeni adamın prezident olması üçün vaxt lazımdır, əgər o doğulmayıbsa. Təbiətən prezidentlik keyfiyyətin yoxdursa, Belarus siyasətinə girmə.”

Lukaşenko vurğulayıb ki, ölkənin ətrafında vəziyyət gərgin olaraq qalır və bu şəraitdə Belarusa “mütləq barıt iyi duymaqdan keçmiş möhkəm kişi” lazımdır.

Onun sözlərinə görə, qadınlara böyük hörmət bəsləsə də, bu gün onları “isti tavaya atmaq” düzgün deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru