Halqalarsız ilk "Audi" yarım saat ərzində 10 min sifariş topladı

Bu gün, 12:48           
Halqalarsız ilk "Audi" yarım saat ərzində 10 min sifariş topladı
Yeni "AUDI E5 Sportback" elektrik avtomobili Çində satışa çıxarıldıqdan sonra 30 dəqiqə ərzində 10 mindən çox sifariş toplayıb.

Oxu.Az bu barədə "CarNewChina" nəşrinə istinadla xəbər verir.

Onun qiyməti 235 900 yuandan (təqribən 57 min manat - red.) başlayır.

Avtomobil Çinin SAIC ilə Almaniyanın "Audi" şirkətlərinin birgə müəssisəsi tərəfindən istehsal olunur.

"E5 Sportback" yenilənmiş AUDI brendinin ilk avtomobilidir. Yeni brend yalnız böyük hərflərlə yazılır. Onun əsas xüsusiyyəti emblemində ənənəvi dörd halqanın olmamasıdır.

Elektrik avtomobili 299-dan 787 at gücünə qədər güc qurğularına malikdir. Ən güclü versiyasında "AUDI E5 Sportback" 3,4 saniyəyə yerindən 100 km/saat həddinə çata bilir. 800 voltluq akkumulyatorun bir dəfə doldurulması ilə maksimum 770 km məsafə qət etmək mümkündür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru