Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb

9-01-2020, 16:22           
Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb
Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, PB-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Qonaqkənd qəsəbə sakini Aydın Nəsirova məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlənin damından bir ədəd müvafiq sənədləri olmayan “İj-16” markalı ov tüfəngi və 12 ədəd patron aşkar edilərək götürüblər.
Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.