Qəbələdə adı “Qırmızı Kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb

20-01-2020, 13:56           
Qəbələdə adı “Qırmızı Kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
Teref.az -DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayonun Vəndam qəsəbəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakini Hacıömər Abbasovun idarə etdiyi “İveco” markalı yük avtomobili saxlanılıb. Avtomobilin yük yerinə baxış keçirilən zaman oradan canlı formada adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən 2 baş maral aşkar edilib. Sürücü H.Abbasov şübhəli şəxs qismində saxlanılıb. O,ifadəsində həmin maralları Zaqataladan Qəbələ rayonuna satmaq məqsədilə gətirdiyini bildirib.
Polis əməkdaşları tərəfindən həmin marallar Şahdağ Milli Parkına təhvil verilib.
Faktla bağlı Qəbələ RPŞ-də araşdırma aparılır.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.