Uğursuzluğunun təqsirini ona uğrayan hər bir kəs özündə görməlidir.

26-01-2020, 16:20           
Uğursuzluğunun təqsirini ona uğrayan hər bir kəs özündə görməlidir.
Teref.az- Əvvəlki yazılarımda mənsub olduğum İsmayıllı rayonunda nələr yaşanırsa, onun mənə də aid olduğunu həmişə qeyd etmişəm. 86 saylı İsmayıllı seçki dairəsi üzrə Milli Məclisə keçirilən seçkilərdə namizədlərin təbliğat kompaniyası ilə də maraqlanıram. Ağıllı, düşüncəli, ləyaqətli, qanuna və Seçki Məcəlləsinə əsaslanan, seçicilərə hörmət və ehtiramla yanaşan deputatlığa namizədlər uğur qazanırlar, hər yerdə hörmətlə qarşılanırlar. Belə keyfiyyətlərdən məhrumlar isə uğursuzluqlarının səbəbini başqa namizədlərdə,seçki ilə heç bir əlaqəsi olmayan qurumlarda görürlər. Həddi o dərəcədə aşırlar ki, namizədləri və səslərinə möhtac olduqları seçiciləri təhqir edirlər. Sosial şəbəkə “qəhrəmanları”na çevrilir və saxta reytinq yaradırlar. Olsun! Qoy onlar sosial şəbəkələrdə qurdalansınlar, seçicilər də layiq bildikləri namizədə səs versin.
Bu qeydləri etməkdə əsas məqsədim deputatlığa namizəd Yusif Məhəmməd oğlu Osmanlı barədədir. Onun şəkilləri elektrik və telefon dirəklərini, avtobus dayanacaqlarını, çinar və qovaq ağaclarını, dükanları, köşkləri, məktəblərin hasarlarını “bəzəyir”. Küçədə gedən dəcəl uşaq və ya Yusif Məhəmmədoğlundan xoşu gəlməyən birisi əl atıb şəkli cırırsa və ya qələmlə üzərinə nəsə yazırsa, bunun rayon icra hakimiyyətinə nə aidiyyatı var? Seçki proseslərini seçici marağı ilə müşahidə edən bir İsmayıllı sakini olaraq tam məsuliyyətimlə deyirəm ki, İsmayıllı Rayon İcra Hakimiyyəti Qanunla üzərinə qoyulmuş vəzifədən savayı seçkilərə,onun təbliğatına əsla qoşulmur, heç bir müdaxilə etmir. Şəkillərin, plakatların digər təbliğat vasitələrinin vurulması, asılması qanuna əsaslanarsa, heç bir neqativ hal baş verməz. Elə bu məqamda qeyd etməyi vacib sayıram ki, şəkillərinin, təbliğat vasitələrinin yerləşdirilməsində qanuna mütləq əsaslanan yalnız 86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Novruzəli Davud oğlu Aslanovdur.
Bir məsələni də qeyd etməyi vacib sayıram.
Yusif Osmanlı Mətbuat işçiləri günündə İsmayıllı Rayon İcra Hakimiyyətindən Fəxri fərman və mükafat aldığını nə tez unutdu?!
Hamının yaddaşında olan yaxın keçmişini niyə unutdu?!Fevralın 9-dan sonra da həyat davam edəcək. Dirəklərə şəkil yapışdırmaqla yox, diləklərə həssaslıqla yanaşmaqla deputat seçilmək olar.

Vahid Xəlilov
Teref.z olaraq regionda İsmayıllı rayonunun hər göstəricilər üzrə liderlik etməsi deyəsən bir çox qüvvələri qıcıqlandırır! Və Teref.az olaraq bir çox məsələlərin araşdırılmasına start verərək, nəyin nə oduğunu və bu qıcıqlanaların arxasında hansı qüvvələrin dayandığını araşdırmağa çalışacayıq!
Lakin bu artıq 10 il bunan əvvəlki İsmayıllı rayonu deyil,işıqlı, abad, mərkəzin dotasiyasından imtina edən, özü özünü dolandıran və dövlət xəzinəsinə vergi ödəyən lider rayondur.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.