Aqil Abbas Kəhrizli kəndində seçicilərlə görüşüb - Fotolar

26-01-2020, 23:03           
Aqil Abbas Kəhrizli kəndində seçicilərlə görüşüb - Fotolar
83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) Ağcabədi rayonun Kəhrizli kəndində seçicilərlə görüş keçirib.

Kənd camaatı tərəfindən xoş qarşılanan Aqil Abbas onların problemlərini dinləyib. Cənab prezidentin ölkədə apardığı islahatlardan məmnun olduğunu bildirən kənd camaatı onları narahat edən problemlərdən də danışıblar.

Onlar Aqil Abbasdan əgər yenidən millət vəkili seçilərsə, Milli Məclisdə uşaq pulu, sosial yardım, əlillik pulu ilə bağlı problemləri dilə gətirməsini xahiş ediblər. Onlar kəndin qaz, su, işıq və yol kimi problemlərinin olmadığını da bildiriblər.

Aqil Abbas da öz növbəsində bütün problemli məsələlərin cənab Prezidentin nəzarətində olduğunu və tezliklə öz həllini tapacağını deyib. Bəzi problemləri isə elə yerindəcə həll edib.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.