Balakəndə nişan mərasimi keçirənlər barəsində toplanmış materiallar məhkəməyə göndərilib

14-08-2020, 19:04           
 Balakəndə nişan mərasimi keçirənlər barəsində toplanmış materiallar məhkəməyə göndərilib
Balakən Rayon Polis Şöbəsinə rayonun Yeni Şərif kəndində karantin qaydalarının pozularaq, nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gələrək, 30-a yaxın şəxsin biryerə toplaşdığını və ev sahibi Nəcməddin Urkayevin karantin qaydalarını pozaraq, qızına nişan mərasimi keçirdiyini aşkar ediblər. N.Urkayev və məclisi təşkil edən digər 8 nəfər Polis Şöbəsinə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılıb. Onların barəsində toplanmış materiallar məhkəməyə göndərilib .

Polis əməkdaşları tərəfindən ölkədə elan edilən karantin rejimi qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə keçirilən reyd zamanı isə Qazbinə kəndində yerləşən kafedə müştərilərin sosial məsafəni gözləmədən əyləşdikləri və masaların bir-birinə yaxın qoyulduğu aşkarlanıb. Kafe sahibi barəsində materiallar məhkəməyə göndərilib, karantin rejiminin tələblərini pozan 7 müştərinin hər biri 200 manat cərimələnib.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.