Məşhur aktrisa Şarliz Teronun avtomobili oğurlandı

Bu gün, 12:58           
Məşhur aktrisa Şarliz Teronun avtomobili oğurlandı
Məşhur Hollivud akrtisas; Şarliz Teronun avtomobili oğurlanıb.

"Daily Mail" xəbər verir ki, insident kino ulduzunun Los-Ancelesdəki evində qeydə alınıb. Oğru aktrisanın malikanəsinin ərazisinə birbaşa açıq darvazadan daxil olub.

Oğurlanan "BMW"nin açarının avtomobilin içərisində olması cinayətkarın işini asanlaşdırıb. Los-Anceles polisi oğurluqda şübhəli bilinən şəxsi axtararkən aktrisanın avtomobilinin izinə düşə bilib.

Qeyd edək ki, son zamanlar Los-Ancelesdə cinayətkarlıq artıb. Belə ki, bir müddət öncə naməlum şəxslər müğənni Diana Rossun qızı Treysi Elis Rossun evinə daxil olaraq dəyəri 100 min dollardan çox olan qızıl-zinət əşyaları və çantaları oğurlayıblar. Həmçinin, aktyor Bred Pitt də soyğunçuların qurbanı olub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru