"Neftçala Yanvar Qırğını"ndan 26 il ötdü

26-01-2016, 00:10           
"Neftçala Yanvar Qırğını"ndan 26 il ötdü
"25 yanvar Neftçala qırğını"ndan 26 il ötdü.1990- ci il 20 yanvar hadisləri ardıcıl olaraq Neftçala və Lənkəranda yaşanıb.Uluyol.info xəbər verir ki,bu gün Azadlıq hərakatının fəalları,rayon ictimaiyyəti Neftçalada yerləşən Şəhidlər Xiyabanın ziyarət etmişlər.Ziyarətdən sonra "20 yanvar əlillər cəmiyyəti "çay süfrəsi təşkil etmiş və bu hadisənin tarixçəsin,müstəqilliyimizdəki rolu müzakirə olunmuşdur.Görüşdə Cəmiyyətin sədri Fərman Hüseynov 25 yanvar Azərbaycan tarixində dönüş nöqtəsi,nəinki paytaxt Bakıda ,eləcə də regionlarda insanların Azadlığı üçün əli yalın güllə,tank qarşısına çıxmasın vurğuladı."Azadlıq uğrunda mübariz "adı ilə təltif olunmuş şəxslər bir-bir həmin günün çətin ,amma şərəfli bir gün olduğun çatdırdılar.

1992-ci il "Azadlıq uğrunda mübariz" fəxri adı hazırlanır və aşağıda göstərilən şəxslər bu ada layiq görülüblər:

1. Ağahüseynov Nürəddin Aslan oğlu (ölümündən sonra)

2. Cəfərov Əbülfəz Böyükağa oğlu (ölümündən sonra)

3. Orucov Şəmsəddin Əbilhəsən oğlu (ölümündən sonra)

4. Ağayev Bəxtiyar Ağahüseyn oğlu
5. Talıbov Ələkbər Məmmədəli oğlu

6. Dadaşov Novruz Allahverdi oğlu

7. Məmmədov Əliheydər Xanəhəd oğlu

8. Nəcəfov Nizami Əbil oğlu

9. Hüseynov Natiq Mirzağa oğlu

10. Hüseynov Fərman Kamran oğlu

11. Hüseynov Ramiz Cəfər oğlu
12. Fərziyev Məhəmməd Təzəxan oğlu















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.