Saatlıda maarifləndirmə tədbiri keçirilib

3-02-2023, 15:40           
Saatlıda maarifləndirmə tədbiri keçirilib
Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 1 saylı tam orta məktəbdə “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Azər Tağıyev bildirib ki, ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində zəruri bütün tədbirlər görülür, bu cinayət əməli ilə məşğul olan hər bir şəxs saxlanılaraq məsuliyyətə cəlb olunur. Həmçinin zərərli maddələrin aludəçisinə çevrilən gənclərin normal həyata qayıda bilməsi üçün profilaktiki tədbirlər də həyata keçirilir, onlara bu istiqamətdə bütün köməkliklər göstərilir.
Yeniyetmə vaxtlarında gənclərin ailə qurmasından da danışan şöbə rəisi, erkən nikahların qanunla qadağan olunduğunu, bu cür halların gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.