"Mançester Yunayted" rekord gəlir əldə etdi

Bu gün, 15:24           
"Mançester Yunayted" rekord gəlir əldə etdi
"Mançester Yunayted" maliyyə ili üzrə hesabatı dərc edib və rekord gəlir əldə etdiyi barədə məlumat verib.
Bakupost.az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, 2024/25 mövsümü ərzində klub UEFA Çempionlar Liqasında oynamamasına baxmayaraq, 666,5 milyon funt-sterlinq gəlir əldə etməyi bacarıb.
Bu, 2023/24 mövsümünün nəticələrindən 4,7 milyon funt-sterlinq çoxdur.
Buna, eləcə də 300-ə yaxın əməkdaşın işdən çıxarılmasına baxmayaraq, "qırmızı şeytanlar"ın xalis itkisi 33 milyon funt-sterlinq təşkil edib.
Qeyd edək ki, 2024/25 mövsümündə "Mançester Yunayted" Premyer Liqanı 15-ci pillədə başa vurub. Bu, klubun İngiltərə Premyer Liqasında ən pis nəticəsi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru