Dollar və avro bahalaşdı — RUSİYADA

20-04-2015, 23:06           

Rusiyada dollar və avro yenidən bahalaşmağa başlayıb.

Rusiya Bankının xarici valyuta hərraclarında minimal faiz dərəcəsinin artırılması haqqında qərarından sonra Moskva birjasında dollar və avro kəskin bahalaşıb.

Belə ki, dollar 53,39 rubl, avro isə 57,11 rubldan çox olub.

Qeyd edək ki, son aylar Rusiyada dollar və avro sürətlə ucuzlaşırdı. Hətta dollar 50 rubla qədər düşmüşdü.

Bu rəqəm rekord idi. 2014-cü ilin noyabr ayından bu yana ilk dəfə idi ki, dollar bu dərəcədə ucuzlaşmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.