Ukraynada erməni nazirin həbsi tələb edildi

18-11-2018, 08:45           
Ukraynada erməni nazirin həbsi tələb edildi
Ukraynanın daxili işlər naziri Arsen Avakovun malikanəsinin qarşısında toplaşan fəallar onun istefasını tələb ediblər.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, buna səbəb qətl hadisələrinin üstünün açılmaması və ictimai fəallara edilən hücumlardır.

“Avakov, çıx get!” aksiyasının iştirakçıları onun malikanəsinin hasarında müxtəlif sözlər yazıblar və nazirə ünvanlanan plakatlar (“Pavel Şeremeti kim öldürdü?”, “Katya Qandzyukun qətlini kim sifariş etdi?”, “Oğru”, “Zibil”) asıblar.

Ukrayna DİN rəhbərinin fəaliyyətindən narazı kütlə “Avakov, istefa ver!”, “Avakov həbs edilsin!” şüarları səsləndiriblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.