Danimarkada seks işçilərinə də təqaüd ayrılacaq

12-01-2019, 08:22           
Danimarkada seks işçilərinə də təqaüd ayrılacaq
Qeyd edək ki, seks işçiliyi 1999-cu ildən Danimarkada qanunidir və ölkədə 3100 seks işçisi qadın var

Danimarka Sosial İşlər naziri May Merkado hökumətin seks işçilərinin şəraitlərinin yaxşılaşdırlması və bu mövzuda insan haqlarının pozulması hallarının qarşısının alınması məqsədilə müvafiq tədbirlər gördüyünü açıqlayıb.

Sputnik Türkiyə xəbər verir ki, Merkado bu sahədə işləyənlərin qanuni haqlarından məhrum olduğunu da dilə gətirib.

O bildirib ki, qanun seks işçiləri də daxil olmaqla hamının vergi verməsini tələb edir: "Buna görə də insanların hüquqlarının pozulmasının qarşısını almağı vəzifəmiz hesab edirik. Ayrıca iş dəyişikliyi etmək istəyənlərə də yardım etməliyik".

Qeyd edək ki, Danimarkada seks sənayesi işçiləri vergi sistemində sahibkar olaraq qeydiyyata alınır və bu da onlara problemlər yaradır.

Danimarkada seks işçilərinin vergi ödəmələrinə baxmayaraq, çirkli hotel otaqları, pul çatışmazlığı və uzun işləmə saatlarına məruz qaldığı, bu səbəbdən də qanunsuz seks xidmətinin artdığı öncədən gündəmə gətirilmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.