Alban dili Makedoniyada rəsmi dil statusu alıb

15-01-2019, 07:48           
Alban dili Makedoniyada rəsmi dil statusu alıb
Alban dili Makedoniyada rəsmi dil statusu alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin rəhbəri Tələt Cəfəri bildirib.

O, qeyd edib ki, Makedoniyada alban dilinin ikinci rəsmi dil status alması "Mənimsəmə haqqında qanun"la qüvvəyə minib. Cəfərinin sözlərinə görə, qanun "Xidməti xəbərlər"də dərc edilib.

Makedoniya parlamenti yanvarın 11-də "Dillər haqqında" Qanunun qəbuluna səs verib. Qanuna əsasən, alban dili ölkədə makedoniya dili ilə bərabər səviyyədə ikinci rəsmi dil olub.

Qeyd edək ki, ölkə prezidenti Georq İvanov qanunu imzalamaqdan imtina edib.

Xatırladaq ki, Makedoniya parlamentinin deputatları ölkənin adının dəyişdirilməsi üçün konstitusiyaya düzəlişlər edilməsi haqqında qanunu təsdiqləyiblər. Düzəlişlər bütün mətn üzrə "Makedoniya" sözünün qarşısına "Şimali" sözünün əlavə olunmasını, konstitusiya preambulasının dəyişdirilməsini, sərhədlərin dəyişməzliyinin və ərazi bütövlüyünün təmin edilməsi və xaricdəki diasporlara dəstək üçün tədbirləri nəzərdə tutur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.