Azərbaycanlıların yükləri Kazan aeroportunda yandırıldı - FOTO, VİDEO

21-10-2015, 11:14           
Azərbaycanlıların yükləri Kazan aeroportunda yandırıldı - FOTO, VİDEO
Kazan aeroportunda Azərbaycanlıların yükündə aşkar edilmiş məhsullar əllərindən alınaraq, məhv edilib.

ANS PRESS-in məlumatına görə, Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşən aeroportda Tacikistandan, Özbəkistandan və Azərbaycandan olan sərnişinlərin əl yükündə aşkar edilmiş quru meyvələr, fındıqlar, meyvələr, yarma, giləmeyvələr, onların əllərindən alınaraq, aeroportun utilizasiya sobasında yandırma yolu ilə məhv edilib. Ərzaqların ümumilikdə 40 kq olduğu deyilir.

Məlum olub ki, həmin məhsullar Rusiyaya idxala qadağan edilmiş karantin məhsullar imiş. Bu barədə Tatarıstan Respublikasının Rosselxoznadzor İdarəsinin rəsmi saytında bildirilir.

Kazan aeroportunda yandırılan məhsullar


Bu azərbaycanlıların yaşadığı ilk belə hal deyil. Bundan əvvəl də Qazaxıstanda Azərbaycanlı biznesmen Novruz Barxudarov saxlayaraq, artıq mal keçirdiyinə görə, qanunsuzluğa yol verdiyi deyilirdi. Lakin Novruz ona qarşı olan iddiaların əsassız olduğunu bildirib.

“Mən artıq 15 ildir ki, Çindən yüklərimi Azərbaycana Qazaxıstandan tranzitlə aparıram. Belə vəziyyət əvəllər olmayıb. Yüklərlə dolu vaqonların saxlanmasından artıq 3 həftə keçib.

Mən ziyana düşmüşəm, hər həftə mənə 1,5 milyon təngəyə başa gəlir. Mən 4,5 milyon təngə itirmişəm. 15 illik biznesim ərzində mən Qazaxıstanın büdcəsinə təxminən 90 milyon dollar ödəmişəm və indi mənə bu vəziyyət aydın deyil”, - deyə Barxudarov qeyd edib.

Novruz Barxudarovun açıqlaması


Biznesmen, həmçinin, əlavə edib ki, onun daha üç vaqonu saxlanılıb. Bu barədə cinayət işi açılıb. Həmin vaqonlarda 200 azərbaycanlı satıcının malı da olub.

N. Barxudarovun fikrincə, problem Dövlət Gəlirlər Komitəsinin bəzi əməkdaşlarının təmiz işləməməsindədir.

“Mənim yükümü Astanadan olan mütəxəssis üç dəfə yoxlayıb. İki yoxlama heç nə vermədi, üçüncü yoxlama isə 7 kiloqramdan artıq yüklənmə aşkar etdi?" - deyə iş adamı narazılığını bildirib.

Novruz deyib ki, əgər burada problem öz həllini tapmazsa, o, bundan sonra yükünü İran vasitəsilə daşıyacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.