Millət vəkili həbs edildi -FOTO

14-03-2019, 16:57           
Millət vəkili həbs edildi -FOTO
Dünən gecə İsrail qüvvələri Qüds və İordan çayının qərb sahilində təşkil edilən yoxlamalar zamanə 27 fələstinlini həbs edib.

Bu barədə İslami Müqavimət Hərəkatı HƏMAS-ın parlament qrupu "Dəyişmə və İslah"ın Rəmallahdakı ofisindən açıqlama verilib.
Açıqlamada saxlanılanlar arasında 66 yaşlı fələstinli millət vəkili Məhəmməd Əbu Tayrın da olduğu vurğulanıb. Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə tez-tez evlərə basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür.

İsrail rejimi həbsxanalarında 300-ü uşaq olmaqla, təxminən 7 min fələstinli var və bu say durmadan artır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.